Tevton ordeni

Tevton ordeni
Deutscher Orden
Növü Dini orden
Yaranma tarixi 1190 - indiyədək
Ölkə
Tabedir Vatikan, Müqəddəs Roma imperiyası
Qərargah Akra (1192–1291)
Venesiya (1291–1309)
Malbork Qalası (1309–1466)
Königsberg (1466–1525)
Mergentheim (1525–1809)
Vyana (1809 – indiyədək)
Himayədarı Müqəddəs Məryəm, Macarıstanlı Yelizaveta, Müqəddəs Georgi
Şüarı Helfen, Wehren, Heilen
Rəngləri qara
Döyüşlər
Komandanlıq
Komandir Bruno Platter
Məşhur komandirləri Henrix Valpot von Bassenheim
deutscher-orden.at
deutscher-orden.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tevton ordeni (lat. teutonicusalmanlara məxsus) — XII əsrin sonlarında yaranmış dini cəngavər ordenidir. Təriqət, Katolik hacılara, həcc yolunda kömək etmək, xəstə və yaralı Katoliklərin baxımlarını təmin etmək üzrə xəstəxana qurmaq məqsədiylə yaradılmışdır. Adlarını xüsusilə Orta əsrlərdə Səlib yürüşlərinə qatılaraq eşitdirdilər. Əslində üzvlərin sayı həmişə məhdud idi, ancaq ehtiyac vəziyyətində istər könüllülərin, istərsə də muzdlu əsgərlərin iştirakı ilə sayları artırdı. Avropada səkkiz əsrə yaxın müddət varlığını qorumuş bir cəngavər təşkilatıdır. Əsasən Alman cəngavərlərdən ibarət idi. Polşa üzərində böyük nüfuzları var idi. Orta əsrlərdə III Səlib yürüşü vaxtında (1190), Müqəddəs Roma imperiyasına bağlı idilər. Papa III İnnokenti tərəfindən cəngavər olaraq qəbul edildilər və hələ də fəaliyyətdədirlər.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search